Xalq artisti adını alan Emin Ağalarov təşəkkür etdi

  • By admin
  • 27 May 2018 17:23
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan bir sıra mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən bir çox mədəniyyət xadimi adla təltif edilib.
Ad alanlardan biri də Emin Ağalarovdur. O Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Xalq artisiti” adına layiq görüldüyü üçün öz təşəkkürünü bildirib.
Gununsesi.info xəbər verir ki, müğənni şəxsi “instaqram” hesabında 2012-ci il “Avroviziya” müsabiqəsinin açılışında “Never enough” mahnısını ifa edərkən çəkilən görüntüləri paylaşıb.
O, Azərbaycan bayrağını öpərkən çəkilən görüntülərin üzərinə “Çox sağ ol, Azərbaycan” sözlərini yazaraq, sevinc hisslərini paylaşıb.