Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub

  • By ilhame
  • 23 İyul 2024 19:38

Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub.

Gununsesi.info-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır: “Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”.

Gununsesi.info