Xalq artisti efirdə göz yaşına boğuldu - VİDEO

  • By admin
  • 14 Oktyabr 2021 14:20

Müharibə başlayanda qazi qardaşım Zülfüqarın oğlu İsrafil İbrahimov könüllü olaraq getdi. Ona atamızın adını qoymuşduq. Anasına demişdi ki, mənimlə fəxr edəcəksiniz: ya qazi, ya da şəhid kimi qayıdacam.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov Zaur Nəbioğlunun aparıcısı olduğu “1 dəqiqə” verilişində deyib. Qardaşı oğlundan danışarkən göz yaşlarına hakim ola bilməyən sənətçi son söhbətlərini belə xatırlayıb:

“Şəhid olmazdan bir gün əvvəl hamımıza zəng etdi. Bəlkə də ürəyinə dammışdı. Mənə də yığdı, kefi çox yaxşı idi. Dedim, özünü qoru, müharibənin bitməsinə az qalıb. Cavab verdi ki, əmi, vətəni qoruyuruq, özümüzü qorumağa vaxtımız yoxdur”.

Qeyd edək ki, İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. O, Ağdamda dəfn edilib.

Gununsesi.info