Xalq artisti müayinə üçün yenidən Türkiyəyə gedəcək

  • By admin
  • 12 Avqust 2021 19:44

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.

Gununsesi.info bildirir ki, bu barədə Milli.az-a müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

 

O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: “Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından üç aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq”.

Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.

Gununsesi.info