Xalq artisti Muxtar Maniyev vəfat edib

  • By admin
  • 22 Dekabr 2016 09:40

muxtar

Xalq artisti Muxtar Maniyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovməlumat verib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva isə bildirib ki, M. Maniyev dekabrın 22-də, səhərə yaxın dünyasını dəyişib: “Son vaxtlar çox zəifləmişdi. Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi, ikicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu. Nəşini Təzə Pir məscidinə aparıblar. Dəfnin harada olacağını hələ bilmirik. Yəqin ki, bir saata vida mərasiminin yeri də, dəfn yeri də dəqiqləşər”.

Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

Gununsesi.info