Xalq artisti  Nəriman Əzimov Gəncədə dəfn ediləcək

  • By admin
  • 20 Noyabr 2016 11:40

nariman

 

Xalq artisti, dirijor Nəriman Əzimov bu gün Gəncədə dəfn ediləcək.

Bu barədə Gununsesi.infoya “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov verib.

  1. Qasımov bildirib ki, N. Əzimov öz vəsiyyətinə uyğun olaraq anasının məzarının yanında torpağa tapşırılacaq. N. Əzimovla vida mərasimi bu gün saat 12.00-da Yeni Yasamal 1. ünvanındakı evində olacaq.

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib.  Prezident təqaüdçüsü olan N. Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

 

 

Gununsesi.info