Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO

  • By admin
  • 11 Noyabr 2017 13:55

Nisə Qasımova nəvəsini hərbi xidməyə yola salıb.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, bu barədə sənətkar İnstaqram-da məlumat verib. Nəvəsini hərbi xidmətə yola salan 63 yaşlı xalq artisti ona xeyir-dua verib:

“Nəvəm Pərvizim əsgərlikdə vətənə layiqli şəkildə xidmət edəcəyinə söz verdi. Kiçik nəvəm Hüseyn də əgərliyə tez getmək istəyir. Allah bütün övladları qorusun”.

Məlumat üçün bildirək ki, Nisə Qasımovanın qardaşı cavan rəhmətə getdiyinən onun oğlunu iki yaşından övladlığa götürüb. Müğənninin nəvələri də onun qardaşı oğlunun uşaqlarıdır.

Gununsesi.info