Xalq artisti onlara İSMARIŞ YOLLADI Nələr görmədik...

  • By admin
  • 14 Sentyabr 2021 12:36

Kimlərisə, nələrisə boş verin. Bu həyat bizə nələr yaşatmadı… Nələr görmədik… Necə sevindik… Bəzən hönkürüb ağladıq… Çünki həyatın yolları çox keşməkeşlidir…

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova instaqramda yazıb.

Ürəyini izləyicilərinə açan sənətçi hər addımını təkrarlayanlara ismarış göndərib: “Allah səmimi, xoşniyyətli insanları bizdən uzaq eləməsin. Həyatda ən xoşuma gəlməyən kiminsə səni yamsılamasıdır. Özünü sənə oxşatmasıdır. Bir sözlə, özünü həlak edib sənin kölgənə çevrilməsidir. Allah hərəni bildiyi kimi yaradır, bunu unutmayaq”.

Gununsesi.info