Xalq artisti onu sarsıdan hadisədən danışdı: “Uşağımın atası mənə toxundu qaçdı” – FOTO

  • By admin
  • 08 May 2020 16:08

“Məktəbə gedəndə birdən duyğulandım, dayandım. Dəftər götürdüm başladım yazmağa. Sadə də bir dəftərim var idi”

Gununsesi.org xəbər verir ki, bunu Xalq artisti Gülyaz Məmmədova “Şou ATV”də uşaqlığından yazdığı gündəliyi ilə bağlı danışarkən deyib.

Xanım sənətçi həyatının hər anını qeyd etdiyi gündəliyini Bakıya gəldikdən sonra itirdiyini bildirib:

“Orada hələlik öz həyatımı yazırdım – 10 uşaqlı ailəyik, neçənciyəm ailədə, qardaşım belə əsgər getdi, belə gəldi. Gülyanaq məndən balacadır, onu vururam, incidirəm onu. O məni niyə incidir, mən onu niyə vururam – Hamısını yazmışdım! 

Sonra, 7-ci sinifdə uşağımın atası qabağıma gəldi, mənə toxundu qaçdı. Elə də tanışlığımız oldu. Onu da gündəliyə qeyd etmişdim. Paralel sinifdə oxuyurduq. Ona qarşı hələ hisslərim yox idi. Sadəcə olaraq iri gözlü bir oğlan idi. Gözlərinə yəqin aşiq olmuşam. Gözləri həmişə rastıma çıxırdı, onu da gündəliyə yazırdım. Həyatımda nə varsa hamısını yazdım və məktəbi bitirdim gəldim Bakıya. Gündəliyimi də mən özümlə gətirdim. Tələbəlik gündəliyim var, amma hazırda durur, itməyib. Tələbəliyimin 4 ili hamısı yazılıb – Necə həyat keçirtmişəm, yuxudan durub yatana qədər hər şeyim gündəlikdə var. Amma məktəb vaxtı tutduğum gündəliyim yoxa çıxdı. Mən bir ay xəstə yatdım. Çox sarsıntı keçirtdim. O gündəliyi artıq yazmadım, amma nə varsa hamısı yadımdadır. İstəyərəm ki, yenidən onu yazım”.

Gununsesi.org