Xalq artisti rəssam qızını təbrik etdi  - FOTO

  • By admin
  • 14 Mart 2022 13:19

Xalq artisti, xanəndə Mələkxanım Əyyubova rəssam qızı Nəzrin Nəcəfovanı doğum günü münasibətilə təbrik edib. 

Gununsesi.info xəbər verir ki, Xalq artisti instaqramda sənətçi qızı ilə fotolarını paylaşıb.

O, fotolara “Canım Nəzrinim. Gözəl qızım. Nə yaxşı ki, varımızsan! Nə yaxşı ki, bu dünyaya gəlmisən! Doğum günün mübarək!” sözlərini qeyd edib.

Qeyd edək ki, şəxsi geyim brendini yaradan Nəzrin Nəcəfova həm də blogerdir.

Gununsesi.info