Xalq artisti Ramiz Məlikovdan Canəli Əkbərova sərt ittiham: "SƏN DƏ TLIŞ MOLLASISAN!!!"

  • By admin
  • 08 Fevral 2017 13:04

 

ramiz

Muğam müsabiqəsinin münsiflər heyəti Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova və Mənsum İbrahimovun ünvanına xalq artisti Canəli Əkbərovun mətbuatda səsləndirdiyi fikirlər incəsənət xadimləri və ziyalılar arasında təpkiylə qarşılanıb.

Gununsesi.info-nun xəbərinə görə, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlikov sosial şəbəkədəki səhifəsində C.Əkbərovun “Əlibaba Məmmədovu “Tatar molla”sına bənzəyir” ifadəsinə öz sərt etirazını bildirib: “Canəli, sən artıq həddini aşırsan. Onda sən də talış mollasısan. Utan, sərhəddi keçmə, özünü biabır edirsən. Münsiflər heyəti səni öz sıralarında görmək istəmir. Deməli, sən oralara layiq deyilsən”.

16650564_10207855827983263_1288593542_n

Gülnaz Qənbərli

Gununsesi.info