Xalq artisti Pərviz Məmmədrzayev sosial şəbəkədə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevə müraciət edib.
Gununsesi.info xəbər verir ki, o teatrın direktorunu nalayiq hərəkətinə görə ittiham edib:
“Bu gün şəxsiyyətinə çox hörmət etdiyim bir insanın ünvanına yazılmış nalayıq sözlərin şahidi oldum. Amma həmin sözləri yazıb paylaşan adama demək istəyirəm ki, ayıb olsun. İftixar Piriyev, sizə min kərə ayıb olsun. Belə şərhlər yazmaq, belə paylaşımlar etmək sizə heç də ucalıq gətirmir. Özünüz yazdıqlarınızı bir də oxusanız, kimin konflikt yaratdığını, kimin sözbaz olduğunu aydın şəkildə görərsiniz. İnsanın valideynini, şəxsiyyətini aşağılamağı sizə kim haqq verib? Öz valideyninə hörmət edən insan başqasının valideyni haqqında pis danışmaz. Haqqında nalayiq danışdığınız insanı şəxsən 1989-cu ildən tanıyıram və bu illər ərzində bir dəfə də olsun onun haqqında pis söz eşitməmişəm. Hindlilərın gözəl bir deyimi var: “İnsanı tanımaq istəyirsənsə, ona toxun. Çünki insan qab kimidir, içi nə ilə doludursa, onu da səpələyəcək”. Başqa bir müdrik deyim də var: “İnsan dilinin altında gizlənib”. Yəqin ki, bu sözlər sizə heç nə deməyəcək, amma sizin şərhlərinizi oxuyan İnsanlar çox şeyi aydın şəkildə görəcəklər”.