Xalq artisti ürəyini boşaltdı:  “Gözlərim tez-tez dolur”

  • By admin
  • 20 Sentyabr 2021 16:10

Yay fəsli bitmək üzrədir! Təbiətin canlı olmağı mənə ruh verir, dənizi, yaşıllığı çox sevirəm! Sağlam ruh, sağlam həyatdır! Səhranı, yarpaqların saralmağını, göy üzünün qaranlıq notlara köklənməsini sevmirəm! Qəlbimə sıxıntı gəlir, gözlərim tez-tez dolur, daha çox duyğulara qərq oluram.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova instaqramda yazıb. Payızın kədər gətirdiyini deyən sənətçi fəsillər dəyişdikcə ömürdən bir yarpaq düşdüyünü qeyd edib:

“Allahın yaratdığı hər bir fəslin öz gözəlliyi və özəlliyi var! Şükürlər olsun hər günümüzə! Fəsillər dəyişdikcə ömrümüzdən bir yarpaq düşür. Bu qısa ömrü gözəl düşüncələrlə, pisliklərdən uzaq olaraq, hər bir insan öz ömrünü sağlam ruhda yaşasın! Gözəl həyat arzusu ilə”.

Gununsesi.info