XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

16 Yanvar 2018 - 15:50

Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.
Gununsesi.info bildirir ki, bu sözləri teleqraf.com-a açıqlamasında xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov deyib.
Onun sözlərinə görə, aktrisa bu gün səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılıb: “Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki ağırdır. Yüngülləşsə, palataya köçürüləcək”.
Qeyd edək ki, Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.
Gununsesi.info