Xalq artisti Yalçın Rzazadə vəfat edib

  • By admin
  • 22 Fevral 2021 21:20
Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Orxan Rzazadə bildirib.

O, atasının uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat etdiyini deyib.

Y.Rzazadə sabah dəfn ediləcək. Onun harada dəfn ediləcəyi dəqiqləşdirilməyib.

Gununsesi.info