Xalq artisti: Üzünə tüpürəcəkdim, gecikdim... - FOTO

  • By admin
  • 07 Aprel 2022 11:29

Bu gün biri ölüb, mən kiminsə ölümünə sevinənlərə təəccüb edirəm. Əsla sevinmirəm, sadəcə onun şeytanın qardaşı olduğunu bilirəm. 

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqram səhifəsinin hekayə bölümündə paylaşıb.

O, adını çəkmədiyi ölən şəxs haqqında düşüncələrinə belə davam edib:

“Bir şeyə heyfslənirəm, onu həyatda görüb iki kəlmə deyəcəkdim. Üzünə tüpürəcəkdim, gecikdim… Bax buna üzülürəm…”

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin ölümü dünən sosial şəbəkələrdə ən çox paylaşılan və müzakirə doğuran xəbərlərdən biri olub.

Gununsesi.info