Mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist və vizajist Şəfəq Novruz dələduzluqla üzləşib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Şəfəq Novruz qarşılaşdığı problemlə bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun qəbulunda olub.
Məlumata əsasən, qəbul zamanı Şəfəq Novruz məsələ ilə bağlı nazirə müraciət edib və baş verənlər barədə məlumat verib. Vilayət Eyvazov məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müvafiq göstərişlər verib.
Qeyd edək ki, Şəfəq Novruz mərhum Xalq artisti, tanınmış aktyor Ramiz Novruzun qızıdır. O, uzun illərdir stilist və vizajist kimi fəaliyyət göstərir və Azərbaycan şou-biznesində tanınmış simalardan biridir.
Günay Mahirqızı











