Xalq artistinin qızı yenidən erməni stilistlə: “SEVİRƏM”

  • By admin
  • 12 Avqust 2016 17:50

sefeq

Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzova yenidən qalmaqala səbəb olub.
Gununsesi.info xəbər verir ki, bir müddət əvvəl erməni stilist Georgi Kotla foto paylaşdığı üçün tənqid hədəfinə çevrilən Ş.Novruzova dünən onunla daha bir səmimi fotosunu yayımlayıb və belə şərh edib: “Sizi yaratdığı üçün Allaha şükür edirəm. Yaxşı ki, varsınız, Georgi Kot. Çox sağ olun ki, Allahın sizə verdiyi istedadı, qeyri-adi istedadı və təcrübəni bizimlə də bölüşürsünüz. Sizə hər şeyə görə təşəkkür edirəm. Sizi çox sevirəm və hörmət edirəm, mənim qiymətli ustadım”.

Onun fotonun altından verdiyi şərh isə izləyiciləri tərəfindən qəzəblə qarşılanıb.

 

shefeqnnn

 

Gununsesi.info