Xalq artistinin səhhəti pisləşib

  • By admin
  • 02 Sentyabr 2016 15:42

muxtar1

Xalq artisti Muxtar Maniyev xəstəxanaya yerləşdirilib.

Gununsesi.info-nun məlumatına görə, sentyabrın 2-də səhhəti qəfil pisləşən xalq artistini Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriblər. həkimlərin  yaxınlarına verdiyi məlumata görə, M. Maniyevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib. Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

 Ülviyyə Xəlil

Gununsesi.info