Xalq artistinin səhhəti yenidən pisləşdi

  • By admin
  • 24 Sentyabr 2019 11:07

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti yenidən pisləşib. Gununsesi.org xəbər verir ki, bu barədə məşhur aktrisa “Elgizlə izlə” proqramına telefon vasitəsilə qoşularaq məlumat verib. 

Türkiyədə müalicə alan N. Allahverdiyeva qeyd edib ki, ağır dərmanlar qəbul edir: “MRT olundum, boynumu dopler etdilər. Psixiatr məni danışdırdı, kardioloq iki dərman yazdı. Evə gəlib həmin dərmanları qəbul etdim. İki-üç gündən sonra vəziyyətim yenidən pisləşdi. Hər dəfə xəstəxanaya getmək olmur, mən İstanbulda uzaqda qalıram. Maşın tutub Şişliyə gedirəm.

Bundan əvvəl isə təcili yardım maşını gəlmişdi, xəstəxanaya apardılar. Ağır iynələr vurdular, bütün bədənim keyimişdi. Bilirsiz, burada hər şey ödənişlidir. Qayıtmaq istəyirəm, amma alınmır. Təzyiqim anbaan artır. Bütün bədənim yanır. Səhərə kimi yata bilmirəm.  Xəstəxanaya gedirəm, külli miqdarda pul istəyirlər”. 

Qeyd edək ki, aktrisa yüksək qan təzyiqindən əziyyət çəkir. 

Gununsesi.org