Xalq İlham Əliyevin korrupsiya ilə mübarizəsinə necə yanaşır? - CAVAB

  • By admin
  • 15 İyun 2022 21:22

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “İnam İndeksi” jurnalının yeddinci xüsusi buraxılışında Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib.

Məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşlarınmünasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Ümumiləşdirərək qeyd etmək olar ki, cari ilin yanvar-aprel aylarını əhatə edən dövrdə ölkə rəhbəri tərəfindən ictimaiyyətə açıq məlumatlara əsasən beynəlxalq və yerli səviyyəli 20-dən çox görüş və səfər, 30-dan çox müşavirə, müsahibə və mətbuat konfransı səviyyəli tədbirlərdə çıxış, 50ə yaxın qəbul, xarici ölkə rəhbərləri və rəsmiləri ilə 20-dənartıq telefon danışığı, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə etməklə 30-dan çox təməlqoyma və açılış mərasimi həyata keçirilib. Genişmiqyaslı fəaliyyət xronikasından cari ilin əhatə olunan dövrü üçün xüsusi aktuallıq kəsb edən müxtəlif məsələlər ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

 

Gununsesi.info-nun hesabata istinadən verdiyi məlumata görə, Prezident Əliyevin korrupsiya ilə mübarizəyə dair fəaliyyətinə vətəndaşların münasibəti belə olub:

Prezidentin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 60,8%-i tərəfindən çox yaxşı, 26,7%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Respondentlərin 3,7%-i əsasən pis, 6,2%-i çox pis cavabını qeyd edib.
2,6% respondent rəy bildirməyib.

O cümlədən, cari il ərzində dövlət başçısı tərəfindən təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mümkün nəticələri kimi 51,1%-i korrupsiyaya qarşı mübarizədə şəffaflığı artıracağı, 40,8%-i göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcəyi, 26,6%-i korrupsiya hallarına qarşı ictimai nəzarəti və vətəndaş cəmiyyəti institutlarının rolunu artıracağı, 21,4%-i idarəetmə mexanizmlərini, 18,2%-iqanunverici bazanı təkmilləşdirəcəyi, 6,2%-i heç bir təsiri olmayacağı variantlarını qeyd edib. Ümumilikdə sorğu iştirakçılarının 23,4%-i sözügedən Milli Fəaliyyət Planı haqqında məlumatsız olduğunu bildirib.

Afət Abbasova

Gununsesi.info