Xalq şairi: “Bu ölkənin problemi Elza deyil, dövlətin malını oğurlayanlardır”

  • By admin
  • 05 İyul 2023 13:48

Azərbaycanın Xalq şairi Vahid Əziz Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilməsinə münasibət bildirib. 

Vahid Əziz Demokrat.az-a açıqlamasında deyib ki, Elza Seyidcahan Azərbaycanın Əməkdar artistidir:

“O, sıradan biri deyil ki?! İndi hamı şeir yazır. Biri yaxşı yazır, biri pis. Heç kim Quran ayəsi yazmır. Əgər Yazıçılar Birliyinin rəhbərliyi lazım bilib qəbul edibsə, demək, düz edib. Mən nəsə deyə bilmərəm. Məgər Elza xanımın Birliyə üzv olmağı ölkə problemidir?!

Bu ölkənin problemi Fransadır, ermənilərdir. Bu ölkənin problemi dövlətin malını oğurlayanlar, xaricdə aparıb yeyənlərdir. Cəmiyyət ondan danışsın ki, televiziya kanalları əxlaqsızlıq yayır. Zamirə xanım veriliş aparırdı “Space” TV-də, mənim həmin verilişdəki çıxışımı indiyə kimi paylaşırlar. Vado telekanala rəhbər gələn kimi həmin verilişi bağladı. Niyə?! Çünki xalqa ağıllı söz deyirdim. Efirə müğənni çıxarırlar, biri də gəlib ona maşın açarı bağışlayır. Məktəbdə oxuyan gənc qız da düşünür ki, mən də müğənni olsam, maşınım, pulum olar. Cəmiyyətin problemi budur. Elza Seyidcahan problem deyil, ola da bilməz”.

Gununsesi.info