Xalq tərəfindən devrilən keçmiş prezident Argentinada kirayə evdə yaşayacaq

  • By arzu
  • 14 Dekabr 2019

Boliviyanın eks-prezidenti Evo Morales Argentinanın Boliviya sərhədi yaxınlığındakı San-Ramon de la Nueva-Oran şəhərində yaşayacaq.

“Expreso de Salta” xəbər verir ki, Morales gələn həftə şəhərə köçəcək və buradan “Sosializm Hərəkatı” Partiyasının 2020-ci il seçki kampaniyasına rəhbərlik edəcək.

Məlumata görə, eks-prezidentlə çalışan 12 nəfərlə birlikdə, eyni zamanda, keçmiş vitse-prezident Alvaro Qarsiya Linera da sözügedən şəhərdə yaşayacaq.

Morales şəhərdə icarəyə götürülmüş evdə yaşayacaq, eks-prezidentin mühafizəsini federal polis təşkil edəcək.

Xəbər Oxu.az saytında dərc edilib.

Gununsesi.org