Xalqa “az ye” deyən YAP-çı deputatın nazirlə gizli şirkəti üzə çıxdı - YAP-çı namizəd Panamada offşor şirkətlərə necə sahib olub?

  • By admin
  • 29 Dekabr 2019 13:02

Yeni Azərbaycan Partiyasının 75 yaşlı deputatlığa namizədi Hüseynbala Mirələmovun nazirlə offşor şirkəti üzə çıxıb. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Hüseynbala Mirələmov 16 ildir Panamada offşor şirkət idarə edir.

 

 

Onun direktoru və xəzinədarı (ispanca tesorero – şirkətin gəlir və xərclərinə nəzarət edən şəxs) olduğu RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir (vigente), yəni hazırda fəaliyyətdədir.
Şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəz Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.
Criminal.az saytı xatırladır ki, ölkə mətbuatında Bakının məşhur “1001 gecə” istirahət mərkəzininin də Hüseynbala Mirələmova məxsus olması ilə bağlı müxtəlif yazılar dərc olunub. Deputatlığa namizəd isə biznesini olmasını gizlətməyib və  “indi mən deputatam deyə, mənim nəslimdən olanlar bizneslə məşğul ola bilməz?”, – deyə açıqlamalar da verib.
Bundan başqa H.Mirələmov xalqa xitabən dedikləri ilə də yadda qalıb: “Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.

 

Gununsesi.org