
“Xalqa Xidmət Hərəkatı”nın İdarə Heyəti və şəhər-rayon Təşilat Başqanlarının, onların müavinlərinin və bəzi sıravı üzvlərinin ilk üzbəüz görüşü olub.
Gununsesi.info xəbər verir ki, çay süfrəsi ətrafındakı ilk görüş tanışlıq xarakteri daşıyıb. Toplantı zamanı hərəkatın məqsədləri, hədəfləri və siyasi ideologiyası müzakirə edilib. Eləcə də, “XXH”-çilərə yol xəritəsi və atılacaq addımlar elan edilib.
Siyasi hərəkatın başqanı Arzu Sayadoğlu çıxış edərək, bütün üzvlərin toplantıya qatılmasını yüksək qiymətləndirib. Toplantı zamanı Gəncə, Sumqayıt, Göygöl, Tovuz və Qubadan, eləcə də ölkənin digər şəhər-rayonlarından və Bakının rayonlarından olan Təşkilat Başçıları öz fikirlərini bölüşüblər. Yığıncaqda xalqa xidmət üçün fədakarlıq və aktivlik qarşıya qoyulub.