Xalqa Xidmət Hərəkatı nədir?

  • By admin
  • 12 Fevral 2023 12:30

Xalqa Xidmət Hərəkatı çoxusunu gənclərin və xanımların təşkil etdiyi milli, mühafizəkar (ənənələrinə bağlı, böyüyə hörmət, qadına diqqət, kiçiyə sevgi..) və sosial-demokrat yönümlü bir qurumdur.
Toplumda bərabərçiliyi əsas alır.
İnsanların yaxşı yaşayış rifahını istəyən, ənənələrini, milli Türk kimliyini təməl alan bir qurumdur.

“Biz hər birimiz BƏRABƏRÇİLƏRİK. Hüquqi, ictimai, iqtisadi və digər sahələrdə insanların bərabərliyini təşvik edirik.
* Adil Görüşə əsaslanan, Millli-mühafizəkar-Sosialist modeli təməl alan baxışdayıq.
Zəngin vətəndaş, milli dövlət, mühafizəkar ailə sloqanları ilə çıxış edirik. Biz hərəkat olaraq Həqiqətin elçisiyik.

** Ölkəyə və Xalqa İŞIQ saçmaq və bir ÜMİD olmaqda qərarlıyıq!
Əsasən, Mərkəzçi bir siyasi qurumdur. Mühafizəkarlığa üstünlük verir. Milli-mühafizəkar ənənələrimizi sıradan çıxarmayan dünyəviliyə sayğı ilə yanaşır: Modernizmə-Çağdaşlığa milli duyarlılıqları daşıyan refleksimizi yerində saxlamaqla”.

Azərbaycanın qlobal dünyada bir parlayan ulduz kimi, yüksək rifah ölkəsi olmasını, vətəndaşların *yaxşı maaş, *gözəl iş və * yaxşı təqaüd almasını təlqin edir.

Bir çox kommunal *vergilərin güzəştli və ya tam pulsuz olmasını təməl alır: *Qaz, *neft, *elektrik vergisi və b.

Xalqa Xidmət Hərəkatı Milliliyi, Tarixi Gələnəklərimizi, Yüksək Rifahı, Adil Görüşü təməl alan BƏRABƏRÇİ Hərəkatdır.

Siyasi qurumun Başqanı siyasətçi-jurnalist Arzu Sayadoğludur.

Gununsesi.info