

Suriyadakı döyüşlərdə dünyasını dəyişən İran İslam Keşikçiləri Korpusunun hərbçisi Möhsün Hücecinə Tehranın İmam Hüseyn məscidində dəfn mərasimi təşkil edilib. Mərasimində İranın Ali Dini Lideri Ayətullah Əli Xaməneyinin, İran hakimiyyətinin yüksək çinli məmurların və on minlərlə insanın iştirakı ilə cənazə namazı qılınıb.
Gununsesi.info “anadolu”ya istinadən xəbər verir ki, vida mərasiminə Ayətullah Əli Xaməneyi ilə yanaşı, İran parlamentinin spikeri Əli Laricani, Məsləhət Şurasının baş katibi Möhsün Rizayi, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Mühəmməd Bakiri, baş qərargah rəsinin müavini Abdürrəhim Musəvi, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qüvvələri komandanı Mühəmməd Parkur da qatılıb.
Cənazə namazından sonra dəfn etmək üçün Möhsün Hüceci doğulduğu İsfahana göndərilib.
Qeyd edək ki, iranlı hərbçi Möhsün Hüceci avqust ayında Suriyanın El-Tenef bölgəsində İŞİD terrorçuları tərəfindən əsir düşdükdən iki gün sonra öldürülüb.
İŞİD onun qətlini sosial media vasitəsi ilə yayımlayıb və bu görüntülər İran dövlət televiziyasında nümayiş olunub. Bundan sonra M.Hüceci xalq arasında “xalq qəhrəmanı” kimi tanınıb.

Gununsesi.info