Xamenei 2 mindən çox məhkumu əfv etdi

  • By Admin2
  • 10 Fevral 2026 16:59

İranın ali rəhbəri Ayətullah Əli Xamenei iki mindən çox məhkumu əfv edib.

Gununsesi.info IRNA-ya istinadən xəbər verir ki, Xamenei İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Eceyinin 2108 nəfərin əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı məktubuna müsbət cavab verib.

Qeyd edək ki, məktub Şaban ayının gəlişi və İslam İnqilabının 47-ci ildönümü münasibətilə yazılıb.

Gununsesi.info