İranın dini lideri Müctəba Xamenei həyat yoldaşı və bacısının ABŞ-İsrail əməliyyatı zamanı həlak olduğunu təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, Xamenei bu barədə müraciətində deyib.
“Ölümü ictimaiyyətə açıqlanan atamla yanaşı, sevimli və sədaqətli həyat yoldaşım, ata-anasına xidmət edən, layiqli mükafatını alan sədaqətli bacım və azyaşlı övladı da şəhid oldu”, – o qeyd edib.












