Xamenei üzə çıxdı və iğtişaşlardan danışdı

  • By admin
  • 03 Oktyabr 2022 15:15

İranın Ali dini lideri Həzrət Ayətullah Seyid Əli Xamenei deyib ki, ölkədəki son iğtişaşlar ABŞ və sionist rejim tərəfindən planlaşdırılıb.

O, bu sözləri bazar ertəsi səhər İmam Həsən Zabitləri Tədris Universitetində hərbi kursantların buraxılış mərasimində çıxışı zamanı deyib.

Xamenei İran xalqının son hadisələr zamanı qüdrətini sübuta yetirdiyini bildirib və deyib: “İranın sadiq və cəsur xalqı düşmənlərin gələcək planlarına qarşı dayanacaq və lazım gəldikdə cəsarətlə hərəkət edəcək”.

22 yaşlı Məhsa Əmininin ölümünə toxunan Rəhbər, “Hadisə bizi çox kədərləndirdi, amma araşdırmasız bu hadisəyə reaksiya – küçələrə çıxmaq, başqa qadınların hicabını çıxarmaq, məscidləri, insanların maşınlarını yandırmaq normal deyildi”, – deyib.

Gununsesi.info