Xameneidən sərt çıxış: Tramp və onun kimiləri...

2020-ci il yanvarın 3-də ABŞ-ın hava hücumunda öldürüldüyü iddia olunan İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ildönümü öncəsi Bağdadda onun ailəsi ilə görüşən İranın Ali lideri Seyid Əli Xamenei çıxışı zamanı Donald Trampı hədələyib.

Gununsesi.info xəbər verir ki, Xamenei Qasım Süleymaninin region gəncləri üçün örnək olduğunu bildirib.

HTML tutorial

“Qasım Süleymaninin qatilləri, Tramp və onun kimiləri dünyadakı cinayətlərinin bədəlini ödədikdən sonra tarixin zibilliyində unudulacaqlar” – İran Ali lideri qeyd edib.

ABŞ-ın Əfqanıstandan qaçdığını və İraqda məsləhətçi səviyyədə əsgərlərinin olduğunu bildirən Xamenei “İraqdakı qardaşlarımız bu məsələni diqqətlə izləməlidirlər. Yəməndə müqavimət cəbhəsi irəliləyir. Düşmən Suriyada da gələcəyə ümidli deyil. Müqavimət cəbhəsi bölgənin hər tərəfində daha ümidlidir”, – deyə əlavə edib.

Gununsesi.info