“Xameneinin ölümü rejimin süqutuna səbəb olmayacaq”

“İranın yeni seçilmiş Ali Dini rəhbəri ilə bağlı vəziyyət diqqət çəkir”.

Bu fikirləri Gununsesi.info-ya siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

İranın yeni Ali Lideri Müctəba Xamenei bir müddət əvvəl aldığı xəsarətlər nəticəsində Moskvada müalicə olunduğu xəstəxanada vəfat edib. SEPAH onun ölümünü gizlədir və yeni liderin seçilməsini bir müddət təxirə salıb”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, İranın yeni liderinin ölümü rejimin süqutuna səbəb olmayacaq.

“ABŞ-nin siyasəti İranı onilliklərlə geriyə atıb. Hazırda İranın özünə gəlməsi və SEPAH-ın hakimiyyətdə qalması çətin görünür. Müharibə davam edir və hər iki tərəfin, xüsusilə İsrailin itkiləri ölçüyəgəlməzdir”.

 

 

Afət

Gununsesi.info