Xameneinin xalqa ikinci müraciəti gözlənilir

İranın yeni Ali Rəhbəri Müctəba Xamenei sağ-salamatdır və tezliklə çıxış edə bilər.

Gununsesi.info  NDTV-yə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Esmail Bəqai bildirib.

“Sizə deyə bilərəm ki, o, yaxşı vəziyyətdədir”, – Bəqai əlavə edib.

Martın 12-də yeni Ali Rəhbərin xalqa ilk müraciəti olub. Müraciətin mətnini dövlət televiziyasının diktoru oxuyub.

Gununsesi.info