
İranın Ali Dini Lideri Ayətullah Xamaneyi Türkiyə və Suriyada yaşanan zəlzələlərlə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Xameneyi bu zəlzələləri böyük hadisə oalraq qiymətləndirib.
“Türkiyə və Suriyada yaşanan zəlzələlər bütün müsəlmanları maraqlandırır. İslam ölkələri bu olaya qeydsiz qala bilməzlər” – Xameneyi deyib.
Paytaxt Tehranda İslam ölkələrinin təmsilçiləri və iranlı hərbi yetkililərin qatıldığı proqramda çızış edən din alimi gözlənilməz fəlakətlərin yaşana biləcəyini söyləyir.
“İslam ölkələri arasında iş birliyi sözdə deyil, gerçək mənada olmalıdır. Müsəlmanların gerçək anlamda həmrəyliyə ehtiyacları var. Bu əməkdaşlığı təmin etməliyik. Bütün müsəlmanların bir-birlərinin problemlərini və kədərləini paylaşmalaraı gərəkdir. Bu zəlzələ bütün müsəlmanları maraqlandırır. Doğurdan da , hər kəs bu acını və dərdi hiss etməlidir”, – deyə müsəlman alimi vurğulayıb.
Tərcümə: Arzu S.