Xameneyinin bacısı etirazçılara divan tutmasını pisləyib - qardaşıma qarşı çıxdığımı elan etməyin əsl vaxtıdır

  • By admin
  • 07 Dekabr 2022 22:53

İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin bacısı hökumətin ölkə boyunca yayılmış etirazlara divan tutmasını pisləyib və geniş kütlələr arasında xof yaradan İnqilab Keşikçiləri korpusunu silahlarını yerə qoymağa çağırıb.

Gununsesi.info xəbər verir ki, onun bu barədə məktubunu Fransada yaşayan oğlu ictimailəşdirib.

 

“2022-ci il, dekabr” tarixi ilə yayılmış məktubda deyilir ki, Bədri Xameneyi İranda İslam Respublikasının banisi ayətüllah Ruhulla Xomeyninin vaxtından qardaşının hakimiyyətinədək həmişə dini üsul-idarəyə qarşı çıxış edib.

 

Oğlu Mahmud Muradxaninin Twitter hesabından paylaşdığı məktubda Bədri Xameneyi yazır:

“Düşünürəm ki, qardaşıma qarşı çıxdığımı elan etməyin əsl vaxtıdır və mən Xomeyni vaxtından Əli Xameneyinin despotik xilafəti erasınadək İslam Respublikasının cinayətlərindən göz yaşları tökən bütün analara hüsn-rəqbətimi bildirirəm”.

Məktubda daha sonra bildirilir:

“Əli Xameneyinin inqilab keşikçiləri və muzdluları silahlarını yerə qoymalı və nə qədər ki, gec deyil xalqa qoşulmalıdırlar”.

Qeyd edək ki, İranda yaşayan Bədri Hüseyni Xameneyi İran ali rəhbərinin doğma bacısıdır.

Tərcümə:

Afət