İranın ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbuat orqanı sayılan “Keyhan” qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribat xarakterli məqalə dərc edib.
Azpolitika.info xəbər verie ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Nəşrdə Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslər fonunda Azərbaycan hökumətinin müsəlmanlara qarşı amansız davrandığı, şiələrə qarşı zorakılıq hallarını artırdığı iddia edilib.
Məqalədə Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan “höccət-ül-islam” adı əlavə edilib və onun “sionistləri və vəhhabiləri ifşa etdiyi üçün” həbs edildiyi iddia olunub.
“Bu gün Azərbaycanda müsəlmanların – şiələrin başına gətirilənlər keçmiş Sovet İttifaqı dövründə dindarlara münasibətdən daha pisdir. Ona görə də Stalinin vaxtındakı qorxu dövrü ilə müqayisə olunacaq bir vəziyyət yaranıb”, – deyə Xameneyinin ofisinin qəzeti yazıb.