Xamneyi: “İranda qısa vaxtda koronavirusun kökü kəsiləcək”

  • By admin
  • 03 Mart 2020 20:57

İranın Ali lideri ayətullah Əli Xamneyi ölkədə koronavirusa qarşı mübarizədə bütün qurumları Səhiyyə Nazirliyi ilə əməkdaşlıq etməyə çağırıb.

Gununsesiaz.info-nun APA-ya istinadən məlumatına görə, Ə. Xamneyi koronavirusun qarşısını almaq üçün əhaliyə dövlət qurumlarının göstərişlərinə əməl etməyi tövsiyə edib.

“İranda qısa müddət ərzində koronavirusun kökü kəsiləcək”, – deyə İranın Ali lideri vurğulayıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 77-ə, xəstəliyə yoluxanların sayı isə 2336-a çatıb.

 

 

Gununsesiaz.info