Xamneyi İsraili hədələdi

İranın ali dini lideri Əli Xamneyi ivrit İsrailə müraciət edib.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, o, müraciətində Dəməşqdə İran səfirliyinə edilən hücuma görə İsraildən qisas alacağını deyib.

“Allahın köməyi ilə biz sionistləri İranın Dəməşqdəki konsulluğuna qarşı təcavüz cinayətindən tövbə etməyə məcbur edəcəyik” -deyə vurğulayıb.

 

Onun müraciəti X sosial şəbəkə səhifəsində dərc olunub.

Qeyd edək ki, bundan əvvəl İsrailinfo qəzeti İranın yaxın 48 saat ərzində İsrailə hücum etməyi planlaşdırdığını bildirmişdi.

Bildirilib ki, hücum İsrail hərbçilərinin İranın Suriyadakı konsulluğuna endirdiyi hava hücumuna cavab olaraq həyata keçiriləcək.

ABŞ-ın hazırkı və keçmiş rəsmiləri isə hazırkı vəziyyətin gərginliyin yeni mərhələsinə çevrilə biləcəyindən ehtiyat edirlər.

 

 

 

Şəbnəm

Gununsesi.info