Xan Şuşinskinin qızı Xalq artisti olan həyat yoldaşının yubiley doğum günündən yazdı

  • By admin
  • 02 Sentyabr 2017 07:48

beyimm

 Azərbaycan Musiqi Mədəniyyəti tarixində müstəsna xidmətləri – yəni, 55 illik yaradıcılığı dövründə iki möhtəşəm ansambl yaradaraq onlarla istedadlı ğəncə sənət cığırı açaraq bir sənətkar kimi yetişməsində böyük zəhməti, o cümlədən,  yaradıcılığı dövründə dünyanın 40- dan çox ölkəsində Azərbaycan musiqisini ləyaqətlə tanıdan və  Azərbaycanlı Kişisinə məxsus olan bütün ğözəl xüsusiyyətləri özündə cəmləşdirən Fikrət Verdiyevin növbəti doğum günüdür.

Gözəl ata, müdrik baba Azərbaycan Respublikasının Xalq artisti, ömür- ğün yoldaşım, Gəncə Filarmoniyasının bədii -rəhbəri, “Göy-göl “mahnı və rəqs ansablının, “Neftçi”mahnı və rəqs ansablının yaradıcısı və bədii-rəhbəri Fikrət Verdiyevin yubileyidir.

70 yaşın- doğum ğünün mübarək olsun həyatımın dayağı – ömür yoldaşım !!!

Sənə sağlıq, sevgi dolu uzun, firavan, gözəl həyat, övlad, nəvə sevinci, şərəfli, parlaq fəaliyyətində uğurlar diləyirəm !!!

100 yaşa- yarat yaşat !!!

Doğum günün-yubilieyin mübarək olsun!

Bəyimxanım Cavanşirova- Verdiyeva,

Xan Şuşinski Fondunun prezidenti

Gununsesi.info