Xanabad və Əsgəranda yenidən… – Rusiya Müdafiə Nazirliyi

Rusiya sülhməramlı kontingent komandanlığının köməyi ilə Dağlıq Qarabağın Xanabad və Əsgəran bölgələrində su nasos stansiyasının inşası bərpa edilib.

Gununsesi info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib.

HTML tutorial

Qeyd edilib ki, rus sülhməramlıları döyüş əməliyyatları nəticəsində təchizatı korlanan yaşayış məntəqələrini su ilə təmin etmək üçün nasos stansiyası tikintisinin təhlükəsizliyini təmin edir.

Bundan əvvəl nasos stansiyasında tikinti işləri sərhəd xəttinə yaxın olduğu üçün dayandırılmışdı.

Tikinti işlərinin bərpası Ermənistan və Azərbaycan tərəfləri arasında əldə olunmuş razılaşmalar çərçivəsində mümkün olub.

Gununsesi.info