Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinin direktoru Akifə Səmədova müavini işləyən həyat yoldaşı Akif Səmədovun döyülməsi faktı ilə bağlı danışmaq istəmir. Xatırladaq ki, gununsesi.info Binəqədi rayonu ərazisində yerləşən adıçəkilən təhsil ocağının direktor müavini Akif Səmədovun yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər etməsi və şagirdlərdən birinin atası və qardaşı tərəfindən döyülməsi barədə xəbər yayıb. Xəbərdə bildirilidi ki, hal-hazırda Akif Səmədov xəstəxanaya yerləşdirilib. Direktor müavininə ağır xəsarət yetirildiyi bildirilir. Maraqlı məqam isə burasındadır ki, məktəbin direktoru Akif Səmədovun həyat yoldaşı Akifə Səmədovadır.
Gununsesi.info-nun əməkdaşı Akifə Səmədova ilə telefon əlaqəsi saxlasa da xanım direktor sualı eşidən kimi dəstəyi asıb.
Ancaq saytımızın əldə etdiyi məlumatda o da qeyd olunur ki, artıq Təhsil Nazirliyi işə qarışıb. Və sabah həmin məktəbə nazirliyin xüsusi qrupu yollanacaq.