Xanım generalın ev dustaqlığının müddəti uzadıldı

  • By admin
  • 17 Noyabr 2016 17:06

natavan

Səbail Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib.

N.Mürvətova barəsində seçilmiş ev dustaqlığı daha üç ay müddətinə artırılıb.

Gununsesi.info