Xanım güləşçimiz Konyada qızıl medal qazandı

  • By admin
  • 13 Avqust 2022 20:01

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarında güləş yarışları davam edir.

Gununsesi.info xəbər verir ki, Azərbaycan yunan-Roma güləşçiləri bu gün aktivlərinə bir neçə medal yazıblar.

60-kq da Murad Məmmədov finalda qırğızıstanlı Jolaman Şarşenbekova 2:10 hesabıyla məğlub oldu və gümüş medal qazanıb.

Qadınların yarışında 57 kq çəkidə Jalə Əliyeva finalda nigeriyalı Ester Kolavoleyə 14:6 hesabıyla qalib gələrək qızıl medal əldə edib.

Gununsesi.info