Xanımı Donald Trampdan intiqam aldı

  • By admin
  • 23 May 2017 11:56

Donald_Trump-Israel-Benjamin_Netanyahu-Conflicto_palestino-israeli-Mundo_217988897_34856168_1024x576

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl prezident kimi ilk səfərlərinə başlayan ABŞ dövlət başçısı Donald Tramp Səudiyyə Ərəbistandan sonra İsrailə yola düşüb. Tramp təyyarədən enərkən həyat yoldaşı Melania Trampın sərt reaksiyası ilə qarşılaşıb.

Prezidentə məxsus təyyarədən enən Tramp İsraildə qırmızı xalça ilə qarşılanıb. O, xanımının əlindən tutmaq istəyərkən gözləmədiyi reaksiya ilə üzləşib. Melania prezidentin əlindən tutmağı rədd edib. Bu hadisə sosial şəbəkələrdə müzakirə movzusuna çevrilib.

Bunu da qeyd edək ki, İsraildən əvvəl Səudiyyə Ərəbistanda səfərdə olan Donald Tramp xanımını 5 metr geridə qoyaraq tək gəzmişdi. Bütün dünya Melanianın həmin günün intiqamını aldığını iddia edir.

melania-trump-donald-trump-i-utandirdi-9646325_1138_m

Gununsesi.info