

Bakı Metropoliteninin sabiq rəisi (1998-2014), Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun xanımı Salatın Əhmədova həyat yoldaşının icra başçısı təyin olunacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, Salatın Əhmədova “ölkə.az”-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu söyləyib:
“Tağı Əhmədovun icra başçısı təyin ediləcəyi barədə xəbərlər şayədir. Belə bir xəbərlər həqiqəti əks etdirmir”.
Xatırladaq ki, son günlər bir sıra KİV-lərdə Tağı Əhmədovun Yasamal rayonuna icra başçısı təyin olunacağı barədə xəbərlər yayılıb.
Gununsesi.info