Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik.
Gununsesi.info xəbər verir ki, bunu Xankəndi – Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib.
Həm Qobustan – Bakı marşrutunun (55 kq), həm də 380 km-lik ümumi ultramarafonun qalibi olan idmançı uğurunu şəhidlərə həsr edib: “Yarış çox gözəl təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar. Bu qələbəni şəhidlərimizə həsr edirik”.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.
Gununsesi.info