Xankəndi erməniləri suya həsrət qalıb

  • By admin
  • 29 Avqust 2021 14:42

Xankəndi şəhərində su qıtlığı problemi davam edir.

 

Gununsesi.info Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər bir neçə vaxtdır ki, su üzünə həsrət qalıblar. Problemin həll olunmaması sakinləri ciddi narahat edir.

 

Separatçılar su problemini çaylarda uzun müddət quraqlığın olması ilə izah edirlər:

 

“İndiki halda həyətlərdə qoyulmuş plastik çənlərlə problemdən çıxmağa çalışırıq. Problem ancaq yağış mövsümümün başlaması ilə tam aradan qalxacaq”.