“Xankəndi şəhərində fərqli bir “Ukrayna vurğusu” yaranıb”.
Bunu özünün “Facebook” səhifəsində Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski yazıb.
O, qeyd edib ki, artıq şəhər küçələrindən biri ukraynalı şair, rəssam, mütəfəkkir və inqilabçı-demokrat Taras Şevçenkonun adını daşıyır.//Oxu.az