Xankəndidə 3 avtomat, 2 qumbara aşkarlandı

  • By admin
  • 23 Mart 2024 09:58

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 

Gununsesi.info