Xankəndidə avtomat və qumbara aşkarlandı

  • By Mina
  • 22 Aprel 2024 11:05

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatanlar tapıblar.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2780 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Gununsesi.info